Modern.az

BDU–da qaliblər mükafatlandırıldı - FOTO

BDU–da qaliblər mükafatlandırıldı - FOTO

Təhsil

3 May 2014, 14:00

Bu gün Bakı Dövlət Universitetinin idman meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futbol yarışlarının qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbiri açan rektor, akademik Abel Məhərrəmov bu gün ünuniversitet həyatında əlamətdar olduğunu bildirib. “Artıq bir aydan çoxdur ki, universitetdə uluöndərin xatirəsinə həsr olunmuş müxtəlif idman yarışları üzrə turnirlər və futbol yarışları keçirilir. Futbol yarışlarında universitetin 17 fakültəsi və xarici tələbələrdən ibarət komanda təmsil olunub”- deyə rektor bildirib.

Qeyd edək ki, ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri coğrafiya fakültəsi qazanıb. İkinci yeri tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələri tutub. Üçüncü yerin sahibi Hüquq və mexanika-riyaziyyat fakültəsinin tələbələri olublar.

Tədbir konsert proqramı ilə davam edib.

 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı