Modern.az

Jirinovski MDB ölkələrinə HÜCUMA çağırdı: “SSRİ sərhədləri bərpa edilməlidir”

Jirinovski MDB ölkələrinə HÜCUMA çağırdı: “SSRİ sərhədləri bərpa edilməlidir”

Təhsil

3 May 2014, 14:35

“Rusiya Dövlət Duması 1996-cı ildə Belovejsk sazişini ratifikasiya etməkdən imtina edib. Rusiya SSRİ sərhədlərini bərpa etmək üçün bütün huquqlara malikdir”.

 Modern.az saytı bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski tərəfdarlarının qarşısında çıxışı zamanı bildirib.

Rusiya liberal-demokratlarının lideri bildirib ki, bu hüquqla Moskva Rusiya İmperiyasının sərhədlərini də bərpa etmək səlahiyyəti əldə edib.

“Biz başqasına aid olan şeyi götürmürük. Biz rus xalqına öz milli sərhədlərində yaşamaq imkanı verməliyik”-deyə V.Jirinovski vurğulayıb.

O, Rusiyanın əsas düşmənin Qərb olduğunu bildirib.  “Əsas düşmənimiz Qərbdir. Brüssel, London, Vaşinqton... Onlar həmişə bizə qarşı inqilab və müharibə ediblər. Öz vtənimizi işğalçılardana azad etməliyik”-deyə Jirinovski gurultulu çıxışını bitirib. 

Xatırldaq ki, 15 may 1996-cı ildə Rusiya Dövlət Duması MDB-nin yaradılması barədə sazişi qeyri-qanuni elan edib və tanımayıb.

X.Səfəroğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı