Modern.az

Hacı Qamətin müavini saxlanıldı

Hacı Qamətin müavini saxlanıldı

Təhsil

3 May 2014, 14:55


"Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə APA-ya dindarlar məlumat verib. Onların sözlərinə görə, bu gün A. Rəcəbovun Zaqatala rayonunun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparılıb.  

Əməliyyat nəticəsində A. Rəcəbov saxlanılıb.  

Zaqatala Rayon Polis Şöbəsindən Rəcəbovun saxlanılması faktı  təsdiqlənib.   Lakin bu barədə əlavə açıqlama verilməyib.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda yenə ARA QARIŞDI - Əhali ayağa qalxdı