Modern.az

Hacı Qamətdən müavininin saxlanmasına reaksiya: “Qanunsuz çağırış etdiyinə inanmıram”

Hacı Qamətdən müavininin saxlanmasına reaksiya: “Qanunsuz çağırış etdiyinə  inanmıram”

Təhsil

3 May 2014, 15:12


“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov müavini Adil Rəcəbovun polis tərəfindən Zaqatalada saxlanılmasından danışıb. O, Modern.az saytına açıqlamasında bildirib ki, məsələdən xəbəri var.

“Ola bilər ki, adi bir yoxlama nəticəsində saxlanılıb. Adil qardaşımız həmişə radikallığa qarşı olub. Onun qeyri-qanuni bir hərəkət və ya çağırış etməsinə inanmıram. Düşünürəm ki, o, yalnız ümumi yoxlanış nəticəsində saxlanıla bilər. Hələ ki əlaqə saxlamamışam”,-deyə Q.Süleymanov bildirib.

Qeyd edək ki, Q. Süleymanovun müavini Adil Rəcəbov Zaqatala polisi tərəfindən saxlanılıb. Onun mənzilində əməliyyat aparıldığı bildirilir. 


Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı