Modern.az

Ramil Usubov Xüsusi Təyinatlı "Aslanlar"ın təliminə baxdı

Ramil Usubov Xüsusi Təyinatlı "Aslanlar"ın təliminə baxdı

Təhsil

3 May 2014, 16:01


Modern.az
xəbər verir ki, mayın 3-də "Xüsusi Tədbirlər Planı"na uyğun olaraq Daxili İşlər Nazirliyinin Təlim Mərkəzində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini  zamanı kütləvi iğtişaşların, cinayətlərin, eləcə də digər hüquqpozmaların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatların təşkilinə dair taktiki təlim məşqi keçirilib.

Daxili Qoşunların, Çevik Polis Alayının, Bakı və Sumqayıt Baş Polis İdarələrinin, Baş Mühafizə İdarəsinin və Nazirliyin Xüsusi Təyinatlı "Aslanlar" bölüyünün təxminən iki min nəfərə yaxın əməkdaşının iştirak etdiyi təlimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Əvvəlcə nazir qeyd olunan təyinatlar üzrə istifadə edilən yeni texnikaya və xüsusi vasitələrə baxış keçirib. Daha sonra şəxsi heyətin nümunəvi çıxışları olub, müxtəlif istiqamətlərdə hüquqpozmaların qarşısının alınmasında əməkdaşların hazırlıq səviyyəsi nümayiş etdirilib. Tədbirin gedişini izləyən daxili işlər naziri, təlimin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi daşıdığını qeyd edərək, şəxsi heyətin bu sahədə hazırlığını yüksək qiymətləndirib və Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının əməkdaşları, digər hüquq-mühafizə orqanları ilə birlikdə, ölkəmizdə ictimai asayişin və təhlükəsizliyin davamlı təmini, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində bundan sonra da əzmkarlıqla çalışacaqlar.
Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı