Bu gün Milli Şuranın iclasında gərgin anlar yaşanıb. Modern.az xəbər verir ki, Milli Şura üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu qurumdan istefa verdiyini bəyan edib. O, bunu Milli Şuraya yeni üzvlərin qəbul olunmasına etiraz edərkən bəyan edib. Partiya sədrinin ardından Milli Şuranın digər üzvü, hüquq müdafiəçisi Akif Hüseynov da təşkilatdan istefa verdiyini açıqlayıb. A. Hüseynov da quruma yeni üzvlərin cəlb edilməsinin əhəmiyyətsiz addım olmasına etiraz edərkən bu qərarı verib. O bildirib ki, Milli Şuraya yeni üzvlərin cəlb olunması qurumun dağılmasına zəmin yaradacaq.
Milli Şura sədri Cəmil Həsənli isə quruma yeni insanların cəlb olunması prosesinin davam edəcəyini bildirib.
Modern.az