Modern.az

Məktəblilərin VII İntellekt Olimpiadası keçirildi - FOTOLAR

Məktəblilərin VII İntellekt Olimpiadası keçirildi  - FOTOLAR

Təhsil

3 May 2014, 23:40

Mayın 3-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Heydər Əliyev Fondunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 91-ci il dönümünə həsr olunmuş «Məktəblilərin VII İntellekt Olimpiadası» keçirildi.

Modern.az xəbər verir ki, olimpiadanın açılış mərasimində kompleksin direktoru dosent Sevinc xanım Rzayeva çıxış edərək iştirakçıları salamladı və qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə açılan və onun adını daşıyan bu təhsil müəssisəsi onun verdiyi tövsiyələri  əldə rəhbər tutaraq təhsil sahəsində daim uğurlara imza atır. 2008-ci ildən etibarən hər il Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Heydər Əliyev fondunun dəstəyi ilə məktəblilərin «İntellekt» Olimpiadası keçirilir. Ənənəyə sadiq qalaraq bu gün ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş  məktəblilərin VII  «İntellekt» Olimpiadası təşkil olunmuşdur. Sevinc xanım bütün komandalara uğurlar arzuladı. 

Məktəbin direktoru ped.e.d. Nasim Abışov bildirdi ki, olimpiada yüksək intellektual hazırlığı olan şagirdləri üzə çıxarmaq, onları daha da stimullaşdırmaq, həmçinin məktəblilərə informasiya və kommunikasiya texnologiyalarından istifadə vərdişlərini aşılamaq və onların gələcəkdə informasiya cəmiyyətinin fəal üzvü kimi yetişməsi məqsədini daşıyır. Olimpiadada Bakı şəhərinin müxtəlif rayonlardan  17  qabaqcıl məktəb və liseyin 19 komandası iştirak edirdi. Olimpiada  informasiya və kommunikasiya texnologiyalarının tətbiqilə onlayn rejimdə keçirildi. Olimpiada ana dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, ingilis dili fənlərini əhatə edərək sürət, məntiq və diqqət nominasiyaları üzrə keçirildi. Hər bir iştirakçıya sertifikat verilmiş, mütləq I, II, III yer və nominasiyalar üzrə yer tutan komandalar diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Olimpiadanın nəticələrini nəzərinizə təqdim edirik:

 

 

 

Komandalar

 

Tutduğu yer

 

Nominasiya

 

1

 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 1-ci komandası

 

I

 

Mütləq

 

2

 

Ə. Mahmudov adına 220 saylı məktəb-lisey

 

I

 

Mütləq

 

3

 

160 saylı Klassik Gimnaziya

 

II

 

Mütləq

 

4

 

Akademik Zərifə Əliyeva adına lisey

 

III

 

Mütləq

 

5

 

132-134 saylı Təhsil Kompleksi

 

I

 

Diqqət

 

6

 

O.Mirzəyev adına 190 saylı orta məktəb

 

II

 

Diqqət

 

7

 

Xəzər Universiteti nəzdindəki "Dünya" məktəbi

 

III

 

Diqqət

 

8

 

Məktəb, Lisey Kompleksi

 

I

 

Məntiq

 

9

 

BDU-nun nəzdindəki "Gənc istedadlar liseyi"

 

II

 

Məntiq

 

10

 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 2-ci komandası

 

III

 

Məntiq

 

11

 

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi

 

I

 

Sürət

 

12

 

Zəngi liseyi

 

II

 

Sürət

 

13

 

İ. Əfəndiyev adına Elitar Gimnaziya

 

III

 

Sürət

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı