
“Dövlət büdcəsindən 550 layihəyə 13 milyon 247 min manat vəsait ayrılıb”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, cəmiyyətdə belə bir fikir formalaşdırıblar ki, Azərbaycanda gənclərə 200 milyon manat pul xərclənib. “Bu rəqəmi eşidəndə insanda emosiya yaranır. Dövlət tərəfindən gənclər siyasətinə 4 milyona yaxın vəsait ayrılıb. Bu da nazirliyin büdcəsində köçürülüb. On il üçün bu vəsait 40 milyon manat edir. Bildiyiniz kimi, "Azərbaycan Gəncliyi Dövlət Proqramı" imzalanıb. Hər il bu proqrama 20 milyon manat pul ayrılır. Proqram davam edib və həmin vəsaitdən istifadə olunmayıb. Vəsait gənclərin inkişafına istiqamətləndiriləcək”.
A. Rəhimovun sözlərinə görə, nazirlik tərəfindən 550 müxtəlif layihə maliyyələşdirilib və 13 milyon 247 min manat vəsait qeyri-hökumət gənclər təşkilatlarına köçürülüb.
Gültəkin ƏLƏSGƏR