Modern.az

Turçinov Ukraynanın Şərq vilayətləri ilə danışığa hazır olduğunu bəyan etdi

Turçinov Ukraynanın Şərq vilayətləri ilə danışığa hazır olduğunu bəyan etdi

Təhsil

8 May 2014, 12:01


Ukraynada prezident səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov Kiyev hakimiyyətinin separatizmin alovlandığı şərq vilayətlərinin rəhbərləri ilə  danışığa hazır olduğunu bildirib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, spiker Ukraynanın sabitliyi və inkişafı üçün bu addımın vacib olduğunu vurğulayıb. “Hakimiyyətin hədəfi sabitliyi və demokratik, müstəqil Ukraynanın inkişafını təmin etməkdir. Bunun üçün biz müzakirələrə hazırıq”,-deyə A. Turçinov qeyd edib. Prezident səlahiyyətlərinin icraçısı onu da deyib ki, separatçılarda kim könüllü təslim olarsa, onlara Ukrayna hakimiyyəti cəza kəsməyəcək.    

 

Qeyd edək ki, Ukraynada vəziyyət günü-gündən gərginləşir. Şərq vilayətlərinin Ukraynadan ayrılmaq təhlükəsi yaranıb.

 

Ayşən Mönsümlü

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı