Modern.az

Azərbaycanda müharibə veteranlarına verilən güzəştlər açıqlandı

Azərbaycanda müharibə veteranlarına verilən güzəştlər açıqlandı

Təhsil

8 May 2014, 12:37



2006-cı ilin 1 yanvarından Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələrin hesablanmasına, 2008-ci ilin 1 sentyabrından isə Böyük Vətən müharibəsi əlillərinə Prezident  təqaüdlərinin təyin olunmasına başlanılıb. Həmçinin, Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına və növbəlilik qaydasında minik avtomobili və mənzillə təminatı işləri də davam etdirilir.

Böyük Vətən müharibəsi əlillərinə verilən Azərbaycan Prezidentinin təqaüdləri cari il aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb. Prezidentin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği cari ilin may ayının 1-dən 82 faiz artırılaraq 100 manata qaldırılıb.

Hər il olduğu kimi, bu il də 9 May - Qələbə günü ərəfəsində Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə sərəncam imzalanıb və hazırki vəziyyətə qeyd olunan təbəqələrdən olan 22879 nəfərə birdəfəlik maddi yardım verilməsini nəzərdə tutur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, dövlət başçısının 30 aprel 2014-cü il tarixli sərəncamına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat ayrılıb. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin əvvəlinədək növbədə olan 293 nəfər Böyük Vətən müharibəsi, 141 nəfər hərbi xidmət və 424 nəfər Çernobıl əlilinin, ümumilikdə 858 nəfərin cari ilin iyun ayından başlayaraq avqust ayının sonunadək avtomobillə tam təminatının həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda, müvafiq sazişə uyğun olaraq, Böyük Vətən müharibəsi veteranları  MDB ölkələri arasında ildə bir dəfə gediş-gəliş üçün nəqliyyatdan güzəştli istifadə hüququna malikdirlər. Onlar dövlət hesabına bərpa-müalicə xidməti, sanatoriya-kurort putyovkaları və s. ilə də təmin edilirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı