Modern.az

Elmar Vəliyev türk müğənnisi Hadisəni ayaq üstdə alqışladı - VİDEO

Elmar Vəliyev türk müğənnisi Hadisəni ayaq üstdə alqışladı - VİDEO

Təhsil

8 May 2014, 12:40

Modern.az xəbər verir ki, dünən  Türkiyənin məşhur müğənniləri Hadisə və Mustafa Ceceli Gəncə şəhərində keçirilən Ulu Öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş bayram konsertində iştirak ediblər.

Heydər Əliyev park-kompleksində təşkil edilmiş konsertdə müğənnilər iki saata yaxın davam edən çıxışları zamanı ən hit mahnılarını ida ediblər. Hadisəylə Mustafa Ceceli sonda Azərbaycan xalqına sürpriz ediblər. Belə ki, onlar musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan "Sən elə bir zirvəsən" mahnısını ifa ediblər.

Gəncə şəhərİcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər rəhbərliyi atəşfəşanlıq sədalarında səsləndirilən bu mahnını ayaq üstə alqışlayıblar. Konserti Gəncə şəhəri və ətraf rayonlardan gələn 200 000  dən  cox insan canlı izləyib. Qeyd edək ki, konsert Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Heydər Əliyevin 91 illik ad günü və “Gül bayramı” münasibətilə təşkil olunub.


 

      

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı