Modern.az

Əli Həsənov: “Azərbaycan gənclərinin məşğulluğunu təmin etmək çətin məsələdir”

Əli Həsənov: “Azərbaycan gənclərinin məşğulluğunu təmin etmək çətin məsələdir”

Təhsil

8 May 2014, 13:07

“Azərbaycan əhalisinin 31 faizi gənclərdi. Onların məşğulluğunu təmin etmək çətin məsələdir”. Modern.az saytı xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın iclasında çıxışı zamanı bildirib ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti bunu öhdəsindən gəlir. Hazırda gənclərin işlə təmin edilməsi prosesi davam etdirilir.

“Bu prosesi asanlaşdıran qərar ötən iş ölkə başçısı tərəfindən verilib. Belə ki, bu qərara görə təqaüd yaşına çatan şəxslərin işdən azad olunmasına başlanıldı. Bu qərar cəmiyyətdə birmənalı qarşılanmadı. Bəzi alimlər etiraf etdilər ki, biz hələ indi yeni ixtiralar etmək istəyirik. Amma bu qərar vacib idi. Çünki bu qərar tətbiq olunmasaydı, Azərbaycan gənclərinin işlə təmin olunmadı çətin olardı”.

Gültəkin Әləsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı