
Səbail rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus təhsil müəssiəsində yanğın baş verib. Modern.az saytının xəbərinə görə, hazırda “Jurnalistlər evi”nin yaxınlığında yerləşən təhsil ocağının ərazisində alovun qarşısnı almağa çalışırlar.
***
“Neft Şirkətinə məxsus məktəbdə yanğın hadisəsi olmayıb. Yanlış xəbər yayılıb”. Bunu Modern.az-a açıqlamasında Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nəcməddin Quliyev deyib.
“Sadəcə olaraq, həmin məktəbin arxasında zibillik var. Həmin zibillik alışdığından tüstü havaya sovrulub”-deyə əlavə edib.
Hadisə barədə ətraflı məlumat verməyə çalışacağıq.
***
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda inzibati binada yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

Namidə BİNGÖL