Modern.az

FHN-dən Neft Şirkətinə məxsus məktəbdəki yanğınla bağlı AÇIQLAMA

FHN-dən Neft Şirkətinə məxsus məktəbdəki yanğınla bağlı AÇIQLAMA

Təhsil

8 May 2014, 17:29



Fövqəladə Hallar Nazirliyi Səbail rayonunda baş verən yanğınla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda inzibati binada yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub  və aidiyyəti qurumlar məlumatlandırılıb.
Məlumata görə, Səbail rayonunda hazırda tikintisi başa çatmamış ümumi sahəsi 3000 kv.m olan idman zalının xarici divarlarına vurulmuş plastik divar üzlüyü 1020 kv.m, 1 otağın yanar konstruksiyaları və içərisində olan idman ləvazimatları 23 kv.m sahədə yanıb. İdman zalının qalan hissəsi və ona bitişik ümumi sahəsi 7000 kv.m olan tədris binası yanğından mühafizə olunub. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qeyd edək ki, yanğın baş verən tədris müəssissəsi Dövlət Neft Şirkətinə məxsusudur.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı