
Bakı Apelyasiya Məhkəməsi bu gün Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində qərarı qüvvədə saxlayıb. Bunu Modern.az-a adı çəkilən məhkəmədən bildiriblər. Şahin Sultanov barəsində həbs-qəti imkan tədbiri qüvvəsində qalıb.
Qeyd edək ki, bundan öncə Şahin Sultanov barəsində 3 ay müddətində həbs-qəti imkan tədbiri seçilməsi ilə bağlı Respublika Hərbi Prokurorluğu məhkəmə qarşısında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və Şahin Sultanovun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçib. Vitse-admiral Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (özgənin küllü miqdarda əmlakını talama) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
Gültəkin ƏLƏSGƏR