Modern.az

Gürcüstan azərbaycanlıları Tiflis ermənilərinə qarşı çıxdılar

Gürcüstan azərbaycanlıları Tiflis ermənilərinə qarşı çıxdılar

Təhsil

8 May 2014, 18:25

Gürcüstan azərbaycanlıları ermənilərin Tiflisdə Şuşanın işğalı günü ilə ba]l; keçirəcəkləri konsertə etiraz edərək, bəyanat veriblər. Modern.az xəbər verir ki, Gürcüstan azərbaycanlıları ermənilərin mayın 9-da Azərbaycanın Şuşa şəhərinin işğal gününü “Şuşanın azadlığı günü” kimi bayram etmək və bununla əlaqədar Tiflisinn mərkəzindəki “Art Holl” konsert zalında proqramla çıxış etmək planlarına qarşı çıxıblar.

Qeyd edək ki, Tiflisdəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən “Ayartun” Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunacaq proqram barədə sosial şəbəkələrdə məlumat yayılıb və biletlər satılıb.

Gürcüstan ermənilərinin bu hərəkətinə etiraz bildirmək məqsədilə bu gün Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı ziyalılar, QHT rəhbərləri, Gürcüstan parlamentinin üzvləri, jurnalistlər Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinə (AAM) toplaşıb. Şuşanın işğalının bir dəqiqəlik sükutla yad edilməsindən sonra AMM-in rəhbəri Fazil Həsənov çıxış edərək deyib ki, ermənilərin “Şuşanın azadlığı günü”nü bayram kimi qeyd etməyi onların növbəti təxribatıdır. Keçən il yerli və Ermənistandan gələn ermənilərin Tiflisdə mayın 8-ni bayram kimi qeyd etməyə cəhd göstərdiklərini xatırladan Fazil Həsənov deyib ki, bu il onlar 9 May Qələbə günü adıyla əslində “Şuşanın azad olunması”nı qeyd etmək niyyətindədirlər.

Çıxış edənlər ermənilərin bu növbəti təxribatçı hərəkətini pisləyib və etirazlarını bildiriblər. Tədbirdə qeyd olunub ki, öz siyasətini Gürcüstanda da davam etdirən Ermənistanın əsas məqsədi belə təxribatçı oyunlarla Rusiyaya uzanan dəmiryolunun açılmasına nail olmaqdır. İştirakçılar konsertin keçirilməsinin qarşının alınmayacağı təqdirdə erməni səfirliyi önündə aksiya keçirməyi təklif ediblər. Çıxış edənlər həmçinin, ermənilərin bu hərəkətini Gürcüstan dövlətçiliyinə zidd hesab edib və məsələyə dövlət səviyyəsində reaksiya verilməsini tələb ediblər. Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib ki, ermənilərin bu hərəkətinə göz yummaq olmaz.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev isə Gürcüstanın Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini bildirib və ermənilərin Tiflis sammitindən sonra belə tədbirə əl atmasını təsadüfi saymayıb.
Tədbirin yekununda Gürcüstan azərbaycanlıları adından ölkənin müvafiq qurumlarına ünvanlanan bəyanat qəbul olunub.

Qeyd edək ki, məsələ ilə əlaqədar Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Gürcüstanın müvafiq qurumlarının təmsilçiləri ilə telefon əlaqəsi yaradaraq ermənilərin Tiflisdə Şuşanın işğalını bayram kimi qeyd etmək planlarına narazılığını bildirib. Qeyd olunub ki, təxribat xarakteri daşıyan ermənilərin bu addımı Azərbaycanla Gürcüstan arasında münasibətlərə xələl gətirə bilər. Dövlət Komitəsinin rəhbərliyi Gürcüstan tərəfini konsert proqramının keçirilməsinin qarşısını almağa və ermənilərin təxribatına uymamağa və çağırıb.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı