Modern.az

70 il əvvəlin döyüşçüləri ilə görüş keçirilib - FOTO

70 il əvvəlin döyüşçüləri ilə görüş keçirilib - FOTO

Təhsil

8 May 2014, 21:26


Bu gün Sumqayıt Bələdiyyəsində 70 il əvvəlin döyüşçüləri - II Dünya müharibəsinin iştirakçısı olmuş sumqayıtlı veteranlarla görüş keçirilib. Modern.az xəbər verir ki, bələdiyyənin sədri professor Əbülfəz Babayev 1941-1945-ci illərdə ağır və məşəqqətli döyüş yolu keçərək, faşizm üzərində qələbə uğrunda igidlik və şücaət göstərmiş veteranları salamlayaraq, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirmiş, müharibə veteranlarının xalqımızın fəxri, gənclərimiz üçün bir örnək olduğunu bildirib.

Qeyd edilib ki, azərbaycanlı döyüşçülər yalnız keçmiş SSRİ-ni yox, həm də neft Bakısını, Azərbaycanı düşməndən qorumuş, Hitlerin işğalçılıq planlarına ağır zərbə vurublar. Görüş zamanı minnətdarlıq hissi ilə qeyd olundu ki, Ulu öndər Heydər Əliyev II Dünya müharibəsində misilsiz şücaətlər göstərərək, xalqımızın adına ucalıq, böyük şərəf gətirmiş igid Azərbaycan oğullarının – iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayorul Həzi Aslanovun, cəsur təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin, İtaliya partizan hərəkatının əfsanəvi qəhrəmanı Mehdi Hüseynzadənin, Fransanın Milli Qəhrəmanı Məmmədiyyə Cəbrayılovun və minlərlə digər müharibə veteranlarının döyüş xidmətlərini yüksək dəyərləndirmiş, xatirələrini əziz tutmuş, onlara və ailələrinə daim diqqət və qayğı göstərib. Bu gün həmin ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, hər il müharibə iştirakçılarına və əlillərinə, onların ailələrinə birdəfəlik mükafatlar verilir, sosial problem və qayğıları diqqət mərkəzində saxlanılılr.

Görüşdə Sumqayıt şəhər Veteranlar Şurasının sədri Leyla Qasımzadə, müharibə veteranları Məhəmməd Əliyev, Həmid Həmidov, Nurməmməd Məmmədov, Vasili Frolov, İsiqulu Ağayev, Vəli İsgəndərov və başqaları qanlı-qadalı 1941-45-ci illərdən söhbət açmış, ölkə başçısı tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarının da düşməndən azad olunacağına əminliklərini ifadə ediblər. Görüşün sonunda müharibə veteranları ilə birgə xatirə şəkilləri çəkilib. Daha sonra Bələdiyyə əməkdaşları yataq xəstəsi olan müharibə veteranları ilə onların evində görüşərək, maddi yardım göstəriblər.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı