2014-ci ildə 20 yanvar hadisələri zamanı əlil olan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə duran şəxslərin hamısı avtonəqliyyatla təmin ediləcək. Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, cari il ərzində nazirliyin sifarişi ilə əlil və şəhid olan ailələr üçün Goranboy, Tərtər, Beyləqan, İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış evlərin istifadəyə verilməsi nəzərdə tutulur. Nazir bildirib ki, eyni zamanda bu il Bakı şəhərində gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası istifadəyə veriləcək: “Son on ildə ümumilikdə dövlət hesabına 4910 ədəd mənzil inşa edilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib”.Günəş Fərhadlı