Fövqəladə Hallar Nazirliyi Cəlilabaddakı faciə barədə məlumat yayıb. Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsində diametri təxminən 1 metr dərinliyi 14 metr olan su quyusu ev sahibinin üç oğlu tərəfindən qazılarkən quyuya su dolması nəticəsində yanğınsöndürən-xilasedicilər hadisə yerinə çağırılıb. Onlar çatana kimi ev sahibinin iki oğlu sakinlər tərəfindən quyudan çıxarılaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılıb. Ev sahibinin digər oğlu 1986-cı il təvəllüdlü Əsədov Bayram Əliqismət oğlunun suda boğulmuş meyitini isə yanğınsöndürən-xilasedicilər quyudan çıxararaq aidiyyatı üzrə təhvil verib.
Modern.az