Modern.az

Bakıda polkovnik-leytenantı maşın vurub

Bakıda polkovnik-leytenantı maşın vurub

Təhsil

19 May 2014, 10:27



Bakıda yüksək rütbəli hərbçini maşın vurub.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb.

“Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub.

Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...