Modern.az

Türkiyədə Soma faciəsi ilə bağlı 5 nəfər həbs edilib

Türkiyədə Soma faciəsi ilə bağlı 5 nəfər həbs edilib

Təhsil

19 May 2014, 10:30


Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən qəza ilə əlaqədar “Soma Holdinq”in sahibi Can Gürkan daxil olmaqla 25 nəfər saxlanılıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokurorluqda ifadə verdikdən sonra məhkəməyə gətirilən şübhəlilərdən 5-i həbs edilib.

Qeyd edək ki, Türkiyə tarixində ən fövqəladə hadisə kimi xarakterizə edilən mədəndəki  partlayış mayın 13-də baş verib. İlkin ehtimala görə, partlayışa səbəb elektrik qısaqapanmasıdır. Hadisə vaxtı yerin altında 787 mədənçi olub. Onlardan 301-i dünyasını dəyişib.

Rafiq Qənbərov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı