Modern.az xəbər verir ki, Azərbaycanda gənclərin inkişafını dəstəkləyəcək yeni təşkilat yaradılıb. Yeni təşkilat "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi adlanır. İctimai Birliyin sədri Emil Hüseynlidir.
Emil Hüseynlinin sözlərinə görə, bu gün müasir, qloballaşan dünyada gənclərimizin dünyanın siyasi, iqtisadi səhnəsində öncül yer tutmaları olduqca vacibdir: "Dövlət tərəfindən çox uğurlu gənclər siyasəti həyata keçirilir. Sözsüz ki, gənclərin mənəvi-əxlaqi tərbiyyəsi, sağlam gəncliyin mövcudluğu, savadlı gənclərimizin dünyaya intiqrasiyası, vətənpərvər gənclər ordusunun yaradılması aktual məsələ olaraq qalır. Bu gün hər bir Azərbaycan vətəndaşının borcudur ki, bu istiqamətdə gənclərimizə dəstək olsun".
E.Hüseynlinin sözlərinə görə, yaranan yeni birliyin əsas məqsədi gənclərin inkişafına və maarifləndirilməsinə kömək etməkdir. Eyni zamanda gənclərin inkişafı ilə bağlı istər dövlət, istərsə də beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək, gənclər arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etməkdir. Gənclərin müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə yardım etməkdir.
Tədbirdə qeyd olunub ki, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birlik Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Modern.az