Modern.az

Hafiz Hacıyevin partiyasına daha bir professor üzv oldu

Hafiz Hacıyevin partiyasına daha bir professor üzv oldu

Təhsil

19 May 2014, 11:26


Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Fizika kafedrasının professor Mahirə  Xasay qızı Əliyeva ərizə verərək Müasir Müsavat Partiyasının (MMP) sıralarına üzv olub.
Bu barədə Modern.az-a MMP sədri Hafiz Hacıyev məlumat verib.
Mahirə Əliyeva ADU-nun fizika fakültəsini bitirib. Daha sonar dissertasiya işi müdafiə edərək, fizika –riyaziyat elmləri namizədi alimlik dərəcəsi alıb. M.Əliyeva bundan sonra AMEA-nın Fizika İnsititunun baş elmi işçisi vəzifəsində çalışıb. Sonra fəaliyyətini Azərbaycan Neft və Kimya insititunda davam etdirib.
1991-ci ildə fizika–riyaziyat elmləri doktoru alimlik dərəcəsinə yiyələnib. Elə həmin ildən mərhum prezident H.Əliyevin göstərişi ilə AMEA-da fizika kafedrasının professoru vəzifəsində çalışıb.2011-ci ildə Azərbaycan  Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Mahirə Əliyevaya professor elmi adı verilib. Ailəlidir üç övladı var

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı