Mayın 17-də Lənkəran şəhər 2 saylı orta məktəb bitirmələrinin “50 illiyi” ilə bağlı maraqlı tədbirlər və görüş keçirilib. Modern.az-ın məlumatına görə, görüşdə həmin məktəbin 1964-cü il müdavimləri, Milli Məclisin deputatı Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, millət vəkili, yazıçı publisist Hüseynbala Mirələmov da iştirak ediblər.
Millət vəkilləri bir yerdə oxuduqları məzunlar qarşısında çıxış edərək, məktəb illərinin xatirələrini bölüşmüş, ölkədə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən, əhalinin sosial müdafiəsi istiqamətində atılan addımlardan, siyasi proseslərdən, eləcədə regionların sosial-iqtisadi inkişafı dövlət proqramının yerinə yetrilməsindən danışıblar, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr barədə ətraflı söhbət açıblar.
Görüşdə deputatlar 2 saylı məktəbin əsaslı təmir olunması ücün aparılan ardıcıl işlərdən danışıb, tikintinin gedişi ilə maraqlanıblar.
Çıxış edən məzun Abbasova Əminə, Quliyev İmamverdi, Həbibov Rafiq və Bayramova Hədiyyə məktəb illərinin xatirələrindən ətraflı söhbət açmış, fikir mübadiləsi ediblər.
Məktəbin direktoru Siyasət Rəhimov görülən işlərdən danışıb və ölkədə aparılan sosial-iqtisadi inkişafa, rayonda gedən geniş miqyaslı abadlıq-quruculuq işlərinə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonra görüş çay süfrəsi arxasında davam etdirildi.
Sonda məzunlar xatirə şəkilləri çəkdirdilər.



Modern.az