Modern.az

Bakıda diri-diri yanan 3 nəfər öldü

Bakıda diri-diri yanan 3 nəfər öldü

Təhsil

19 May 2014, 11:45

“Xəsarət alanlardan Cəccat Ovcai ağır vəziyyətdə Tehrana aparılıb. O, digər üç nəfərə nisbətən 10 faiz daha az yanmışdı. Lakin Murtuza və Mustafa Əlizadə qardaşları və Bakı şəhər sakini Mahrux Hüseynova bizdə müalicə alırdılar. Digər İran vətəndaşlarını aparmaq istəsələr də, mümkün olmadı. Murtuza Əlizadə və Mahrux Hüseynova əvvəlki gün, Mustafa isə dünən gecə saat 4-də dünyasını dəyişib”.

Bunu Modern.az-a Respublika Yanıq Mərkəzinin həkimi Sabir Mirzəyev bildirib.

Həkim İranda müalicəsini davam etdirən C.Ovcainin vəziyyətinin də ağır olaraq qaldığını, yaşama ehtimalının çox aşağı olduğunu açıqlayıb.

Qeyd edək ki, mayın 11-də saat 16 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Şakir Gözəlova məxsus şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə bütövlükdə sexin yanar konstruksiyaları və obyektdəki əşyalar yanıb. Orada işləyən İran vətəndaşları Cəccat Ovcani, Murtuza və Mustafa Əlizadə qardaşları və Bakı şəhər sakini Mahrux Hüseynova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdilər.

Həkim başın, üz nahiyəsinin, gövdənin ön səthinin, kürək nahiyəsinin, hər iki yuxarı ətrafların, yuxarı tənəffüs yollarının 3-cü dərəcəli alov yanığı diaqnozu ilə xəstəxanaya daxil olan Kürdəmir rayonu, Qədimli kənd sakini 37 yaşlı Sevil Nəsirovanın vəziyyətinin nisbətən stabilləşdiyini deyib.
“Ola bilər ki, Sevil Nəsirovanı kritik vəziyyətdən çıxara bildik, yenə gözləmək lazımdır”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı