“Laçında Minsk Qrupu həmsədrlərinə qarşı ermənilərin reaksiyası danışıqlara təsir edə bilməz. Həmin aksiya siyasi oyundur”. Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.
O bildirib ki, bu cür hərəkətlər dünya ictimaiyyətinə erməni yalanının göstərmək üçün idi. Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının üzvləridir. Dağlıq Qarabağın azərbaycanlı icması gələcəkdə orada bir yerdə yaşayacaq”.
Qeyd edək ki, ATƏT-in Mİnsk Qrupu həmsədrlərin Dağlıq Qarabağa səfəri zamanı Laçın şəhərinə səfər ediblər. Səfər zamanı avtomobilinin qarşısını əllərində plakat tutmuş bir qrup erməni kəsib. Yolu bağlayan aksiyaçılar əllərində “Bura bizim torpağımızdır, onu heç kimə vermərik!”, “Demokratik prinsiplərə hörmət edin!”, “Bir qarış da torpaq vermərik!”, “Artsax torpağında xarici əsgərlərə yox!”, “Biz öz seçimimizi 1991-ci ildə etmişik!” kimi şüarlar yazılmış plakatlar tutublar.
Rafiq Qənbərov