Modern.az xəbər verir ki, Ukraynadakı “Vinninitsa Gənclər Təşkilatları İttifaqı” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Şuşaya azadlıq” kampaniyasını dəstəklədiyi barədə bəyanat verib.
Təşkilatın sədri Olqa Bezpalkonun ADTGİ-yə göndərdiyi bəyanatda deyilir ki, təşkilat olaraq Azərbaycanın adıçəkilən problemini yaxşı başa düşür və dünya ictimaiyyətini bu məsələni ədalətli və dinc yolla həll etməyə çağırırıq: “Bu münaqişənin həlli regionda yenidən sakit həyatın bərqərar olmasına və Şuşanın yenidən Azərbaycanın mədəniyyət mərkəzi olmasına şərait yaradacaq. Həmçinin düşmən tərəfindən qəsdən dağıdılmış tarixi abidələrin, təhsil müəssisələrinin, dini mərkəz və muzeylərin bərpa olunmasına köməklik edəcək”. “Şuşaya azadlıq” kampaniyasının beynəlxalq səviyyədə dəstəklənməsinin böyük uğur olmasını qeyd edən təşkilat münaqişənin tezliklə həll edilməsinə əmin olduğunu ifadə edib.Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Şuşa haqqında həqiqətləri, Ermənistan tərəfindən işğal edildiyini, şəhərin mədəniyyət incilərinin dağıdılması faktını dünya ictimaiyyətinə çatdırmaq üçün “Şuşaya azadlıq” beynəlxalq kampaniyasına start verib.

Modern.az