Modern.az

Bələdiyyələrlə bağlı qanunvericiliyə düzəlişlər edilir - Komitənin iclası

Bələdiyyələrlə bağlı qanunvericiliyə düzəlişlər edilir - Komitənin iclası

Təhsil

19 May 2014, 13:31

Milli Məslisin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında" və "Büdcə sistemi haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrinin müzakirəsi keçirilib.

Modern.az xəbər verir ki, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanuna 11.4-cü maddənin əlavə olunması təklif olunur. Bundan sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə, mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək. Həmçinin bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması artıq bundan sonra qadağan olunacaq.
"Bu günə kimi yerli vergi və ödənişlər nağd şəklində də ödənə bilirdi. Bu da artıq-əskik söz-söhbətlərə səbəb olurdu. Qanuna edilməsi təklif olunan mövcud dəyişiklik isə bu söz-söhbətlərin qarşısını alacaq, bu məsələdə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq. Bu, elə düzgün işləyən bələdiyyələrin özünün də xeyrinədir".

Deputat Azər Badamov səsləndirilən təklifi müsbət qiymətləndirib. O, qanun layihəsinin bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunmasına gətirib çıxaracağını qeyd edib.

Milli Məclis Tahir Rzayev təklifi dəstəkləyərək eyni zamanda, Azərbaycanda bələdiyyələrlə bağlı vergi orqanının yaradılmasının vacibliyini söyləyib.

Komitə sədrinin sözlərinə görə, “Bələdiyyələrin statusu haqqında" qanun layihəsinə edilən dəyişikliyə əsasən, bundan sonra bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında 5 gündən gec olmayaraq, onların yerli vergilər və ödənişlər üzrə borcları barədə arayış veriləcək. "Büdcə sistemi statusun haqqında" qanuna dəyişlik barədə danışan komitə sədri qeyd edib ki, həmin sənədin 32.2.2-ci maddəsinə yeni məzmunda hissənin əlavə olunması təklif edilir. "Bu günə kimi büdcə barədə çox danışmışıq. Yəni, indiyə kimi "Büdcə sistemi haqqında" qanunun müvafiq maddəsində dotasiyalar və subvensiyalarla bağlı normalar yoxdur, bu, sadəcə, ümumi sözlərlə əksini tapmışdı. İndi isə 32-ci maddədə dotasiyalar və subvensiyalarla bağlı normalar ayrıca abzasla qeyd olunur ki, bunun özü də çox mütərəqqi addımdır. Bundan sonra daha dəqiq bilinəcək ki, bələdiyyələrə konkret nə qədər dotasiya ayrılıb və onların istifadəsi nə yerdədir".

Qısa müzakirələrdən sonra hər 3 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

 

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı