Modern.az

Azərbaycanın Avropa İttifaqı qarşısında yeni öhdəliyi: qanunsuz köçən ermənilər geri qaytarılacaq

Azərbaycanın Avropa İttifaqı qarşısında yeni öhdəliyi: qanunsuz köçən ermənilər geri qaytarılacaq

Təhsil

19 May 2014, 13:42

Azərbaycanın işğal olunmuş torpaqlarında, Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan vətəndaşların (əsasən ermənilər) Avropa İttifaqından readmissiya olunması ilə bağlı Xarici İşlər Nazirliyi ilə birgə müzakirə olunacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əli Hüseyinli belə deyib.

Modern.az xəbər verir ki, bu məsələ Komitə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” Sazişdə əksini tapıb. İclasda həmçinin bildirilib ki, Azərbaycan Avropa İttifaqı qarşısında bununla bağlı yeni öhdəliklər götürür.

Komitə sədri Əli Hüseynlinin sözügedən sazişdə Azərbaycandan Avropa İttifaqına üzv ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması öhdəliyini götürür. Sənəddə göstərilir ki, Avropa İttifaqına üzv dövlətin müraciəti əsasında və bu sazişdə ehtiva olunan şərtlərdən əlavə, rəsmiyyətçiliyə yol vermədən, Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olduğu sübut olunan və ya “prima facie” dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir. Sazişdə bu məsələ ətrafında başqa bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya ediləcəyi açıqlanıb, şərtlər göstərilib.

İclasda Azərbaycanın işğal olunmuş torpaqlarında, Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan vətəndaşlarının (əsasən ermənilər) bu sazişə əsasən Aİ-dən readmissiya olunmasının hansı yolla həyata keçirilməsi məsələsi də qaldırılıb.

Komitə sazişi təsdiqləyərək plenar iclasa tövsiyə edib.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı