Modern.az

Azərbaycanda bank müdirinə cinayət işi açıldı

Azərbaycanda bank müdirinə cinayət işi açıldı

Təhsil

19 May 2014, 14:30

“Royalbank” Açıq Səhmdar Cəmiyyətinin filial rəhbərinin qanun pozuntularına yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Araşdırmalarla cəmiyyətin 5 saylı filialının müdiri Natiq Bayramovun qulluq mövqeyindən istifadə etməklə bankda depozit hesabına yerləşdirmək adı altında Bakı şəhər sakinindən aldığı 120 min manat məbləğində pul vəsaitini rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar əlavə edərək aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri  ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı