Modern.az

Milli Məclisin 7 deputatı Türkiyədəki mədən faciəsinin qurbanlarına yardım aksiyasına qoşuldu - SİYAHI

Milli Məclisin 7 deputatı Türkiyədəki mədən faciəsinin qurbanlarına yardım aksiyasına qoşuldu - SİYAHI

Təhsil

19 May 2014, 14:40

Türkiyənin Manisa vilyaətinin Soma qəsəbəsində baş vermiş mədən faciəsi nəticəsində ölənlərin ailələrinə yardım məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti kampaniyaya start verib. Modern.az saytı xəbər verir ki, bu kampaniyaya Milli Məclisin deputatları da qoşulublar.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən verilən məlumata görə, hələ ki aksiyaya Milli Məclisin 7 deputatı qoşulub.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov yardım fonduna 500 AZN köçürüb.
Daha sonra, millət vəkilləri Eldar Quliyev 1000, Ayaz Orucov 1000, Qənirə Paşayeva 1200, Tahir Süleymanov 200, Arif Əşrəfov 200,  Nazim Fərəcov 200 manat pul köçürüb.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu faciədə həyatlarını itrimiş insanların ailə üzvlərinə yardım edilməsi məqsədilə təşəbbüslə çıxış edən insanların, xüsusilə millət vəkillərinin təşəbbüsünü nəzərə alaraq «Mərhəmətinizi əsirgəməyin!» adlı yardım kampaniyasına davam edir. Kampaniya barədə məlumatları bu telefon nömrəsi ilə əlaqə saxlayaraq ala bilərsiniz: 493-84-81 Azərbaycan Qızıl Aypara Cəmiyyəti.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı