Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Soma faciəsində ölənlərlə bağlı kədərini dilə gətirib. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir bunu “ayrı coğrafiyalarda, eyni imza” adlı tədbirdə çıxış edərkən deyib.
“Mədən faciəsində həyatını itirən 301 işçi qardaşıma Allahdan rəhmət diləyirəm. Millət olaraq tərifi mümkün olmayan bir kədəri paylaşırıq. Kədərimizi bölüşən, kömək təklif edən bütün dost və qardaş ölkələrə təşəkkür edirəm. Bosniya və Herseqovina və Serbiya xalqına sel fəlakəti səbəbiylə baş sağlığı çatdırıram”,-deyə R.T.Ərdoğan söyləyib.Qeyd edək ki, Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində mayın 13-də baş verən partlayışda 301 nəfər həyatını itirib.
Misranə Həsənzadə