Ukraynada prezident səlahiyyətlərini icra edən Ali Radanın sədri Aleksandr Turçinov ölkəsində Kommunist Partiyasının fəaliyyətini qanuna zidd hesab edir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, A. Turçinov kommunistlərin fəaliyyətinin Konstitusiya əleyhinə xarakterə malik olduğunu bildirib. O bu məqsədlə Ukraynada Kommunist Partiyasının bağlanması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Ukrayna dövlət başçısı səlahiyyətlərinin icraçısı ədliyyə naziri Pavel Petrenkoya müraciətində onu Kommunist Partiyasının fəaliyyətini qadağan etməyə çağırıb.
Ali Rada sədri bunu Ukrayna Kommunist Partiyasının suverenliyə, ərazi bütövlüyünə qarşı təxribatları həyata keçirməkdə və onları Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi ilə əlaqələndirib.Bu arada Ədliyyə Nazirliyinin Baş Prokurorluğa məsələnin araşdırılması üçün sorğu göndərdiyi bildirilir.
Aqşin Kərimov