Modern.az

“Bəzi jurnalistlər yazırlar ki, “Namiqə nə vaxt zəng vururuq, cavab vermir”” - AÇIQLAMA

“Bəzi jurnalistlər yazırlar ki, “Namiqə nə vaxt zəng vururuq, cavab vermir”” - AÇIQLAMA

Təhsil

19 May 2014, 16:16


“Bu gün 96 nömrəli avtobusun istiqaməti dəyişib. Bu səbəbdən də problemlər yaranıb”. 
Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, 96 nömrəli avtobuslar “Elmlər akademiyası”metrostansiyası yaxınlığından yığışdırılıb.
“Artıq həmin marşrut “İnşaatçılar” prospekti ilə “Landau” küçəsinə gəlir və oradan da “Hüseyn Cavid” prospektinə keçib gedir. Faktiki olaraq “Elmlər akademiyası” metrostansiyası ətrafında həddən artıq sıxlıq yarandığından 96 nömrəli avtobusun istiqaməti dəyişdirilib. Hətta bununla bağlı bir neçə sürücü etiraz da etdi, biz onlara məsləni izah etdik”.

Namiq Həsənov marşrutlarda gediş kartlarının paylanması, validatorların quraşdırılması prosesinin davam etdiyini deyib.
“Yaxın günlərdə daha bir neçə marşrutda da bunu tətbiq edəcəyik. Dəqiq sayını deyə bilməyəcəyəm. Dayanacaqlarda wi-fi quraşdırılması prosesi isə birbaşa Avropa Olimpiya Oyunları ilə bağlı olduğundan işlər surətlə davam etdirilir”.

N.Həsənov işdən çıxarıldığı haqda şayiələrinə də aydınlıq gətirib: “Onu mən də eşitmişəm. Amma məni kim işdən çıxarıb, kim yenidən işə bərpa edib, xəbərim yoxdur”.

Məzuniyyətdən bugün qayıtdığını deyən nazirlik rəsmisi, bəzi jurnalistlərin ona “cavab verməyən mətbuat katibi” deməsindən narazılığını dilə gətirdi: “Mənimlə hamı danışa bilir, amma, buna baxmayaraq, yenə də yazırlar ki, “Namiqə nə vaxt zəng vururuq, cavab vermir””.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı