Modern.az

Vəkil: “İlham Mirzəyev “Space”dən öz ərizəsi ilə azad olunub”

Vəkil: “İlham Mirzəyev “Space”dən öz ərizəsi ilə azad olunub”

Təhsil

19 May 2014, 16:20

“İndi İlham Mirzəyevlə görüşdən gəlirəm”. Bunu Modern.az-a hazırda həbsdə olan teleaparıcı İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə bildirib:

“İlham Mirzəyev özünü  yaxşı hiss edir. Görüş indi bitdi. Heç bir problem yoxdur. Hər şey qaydasındadır. Səhhəti də normaldır”.

Teleaparıcının “Space” telekanalındakı işindən azad olunması ilə bağlı məsələyə münasibət bildirən vəkil onun öz razılığı ilə işdən çıxdığını deyib:

“Hazırda həbsdədir, bununla bağlı əlavə məlumatım yoxdur. Bildiyimə görə işdən öz istəyi ilə ayrılıb”.

Açılan cinayət işilə bağlı istintaqın davam etdiyini söyləyən vəkil əlavə məlumat verə bilməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, “Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq gedir.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı