Modern.az

İlham Əliyev vyetnamlı həmkarı ilə bəyanat verib

İlham Əliyev vyetnamlı həmkarı ilə bəyanat verib

Təhsil

19 May 2014, 16:32

Azərbaycan prezidenti İlham Əliyev Vyetnamda səfərdədir. Mayın 19-da geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Vyetnamın xarici işlər naziri Pham Binh Minh imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Vyetnamın maliyyə naziri Dinh Tien Dung imzalayıblar.
Hanoyda sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev mayın 19-da Hanoyda Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb.
Dövlət başçısı görüşdə çıxış edib.



Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı