Modern.az

Ərdoğan çaşdı: ““Dilim dolaşdı, 371 dedim”

Ərdoğan çaşdı: ““Dilim dolaşdı, 371 dedim”

Təhsil

19 May 2014, 17:24
 
Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin Soma bölgəsində baş vermiş mədən faciəsi ilə bağlı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin paytaxt Ankaradakı tədbirində çıxış edərkən qəzada ölən işçilərin sayının səhvən 371 olduğunu dilinə gətirib.

 “Ağrı və kədərimizi ifadə etmək çox çətindir. Faciədə ölən 371 qardaşımızın ailəsini çətin vəziyyətdə qoymayacağıq. Bunun üçün bütün tədbirləri görmüşük”.  

Bir neçə dəqiqə sonra hökumət başçısı qəzada həlak olanların sayı ilə bağlı səhvini düzəldib. “Dilim dolaşdı, 371 dedim, faciə qurbanlarının sayı 301-dir”.    

Rafiq Qənbərov
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı