Modern.az

Cavanşir Feyziyev: “Qarabağ mövzusu ölkə gündəmində bir nömrəli məsələ olmalıdır”

Cavanşir Feyziyev: “Qarabağ mövzusu ölkə gündəmində bir nömrəli məsələ olmalıdır”

Təhsil

19 May 2014, 17:47

“Monitorinq ilk növbədə bizə mətbuat orqanları arasında müqayisə aparmağa imkan verir. Hesab edirik ki, Qarabağ mövzusu ölkə gündəmində bir nömrəli məsələ olmalıdır”. Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib.

Qeyd edək ki, Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının yaratdığı monitorinq qrupu mütəmadi olaraq mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yer alan yazıların monitorinqini aparır.

Komissiyanın sədrinin sözlərinə görə, bir müddət keçdikdən sonra mətbu orqanların baş redaktorları ilə görüşlər keçirilə bilər: “Biz monitorinq keçirmək qərarına gəldik ki, görək, qəzetlərimiz, saytlarımız Qarabağ mövzusuna nə dərəcədə diqqət yetirir. Çünki özünü vətənpərvər elan edən bir çox mətbuat orqanları təəssüf ki, bəzən başqa işlərlə məşğul olur. Mətbuat mübarizə aparmaq üçün bir silahdır. Amma görək bu silah sahibləri Qarabağ mövzusunu öz fəaliyyətində hansı yerdə qoyur?”

C. Feyziyevin sözlərinə görə, KİV-in müəyyən dövr üçün ümumi xülasəsinin təqdimatı keçiriləcək. “Bütün ölkə, bütün oxucular görəcək ki, doğrudan da, hansı mətbuat orqanı Qarabağ mövzusu ilə məşğul olmaqda daha çox maraqlıdır”.

Komissiya sədri qeyd edib ki, baş redaktorlarla görüşlər keçirməyib. “Hələ ki, kənardan müşahidə edib öz müşahidələrimizi monitorinqin nəticələri şəklində oxucularla bölüşürük. Mənə elə gəlir ki bu monitorinqin hansısa bir dövründə mətbuat orqanlarının baş redaktorlarını da dəvət etmək, onlarla birgə monitorinqin nəticələrini analiz etmək olar. Sadəcə daha səmərəli görüş keçirtmək üçün əlimizdə nəticələr olmalıdır. Hələ o mərhələyə gəlməmişik”.
C. Feyziyevin sözlərinə görə, Qarabağla mövzusu ilə bağlı medianın durumu ürəkaçan deyil: “Mətbuatda Qarabağla bağlı gedən yazılar əlbəttə, məni qane etmir. Qarabağ mövzusu mənəvi öhdəlikdir. İnsanları bu mövzu ətrafında fikirləşməyə sövq etməliyik. Xüsusən, analitik məzmunlu yazılara çox böyük ehtiyac var”.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı