Modern.az

Bakıda özünü 14-cü mərtəbədən atmaq istəyən qadın xilas edilib

Bakıda özünü 14-cü mərtəbədən atmaq istəyən qadın xilas edilib

Təhsil

19 May 2014, 22:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Bakıda intihara cəhdin qarşısını alıblar.  Rəsmi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxs özünü çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilinin eyvanından aşağı atmaq niyyətindədir. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, qadınla söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı