Modern.az

ABŞ-dan Rusiya-Çin anlaşmasına REAKSİYA: “Narahat deyilik”

ABŞ-dan Rusiya-Çin anlaşmasına REAKSİYA: “Narahat deyilik”

Təhsil

22 May 2014, 01:22


“Biz Rusiya ilə Çin arasındakı qaz anlaşmasına qarşı deyilik. Bunun Ukrayna hadisələri ilə heç bir əlaqəsi yoxdur. Hər iki ölkə on ildir ki, bu mqavilənin imzalanması üçün çalışırdılar. Ona görə də burda gözlənilməz heç bir şey yoxdur”.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Meksikanın paytaxtı Mexikoda səfərdə olan ABŞ dövlət katibi Con Kerri jurnalistlərə açıqlamasında Rusiya ilə Çin arasında qaz sazişinin imzalanmasına münasibət bildirərkən deyib.

O bildirib ki, Rusiya ilə Çin arasındakı energetika sahəsindəki böyük razılaşma Ukrayna hadisələri ilə bağlı addım deyil.  

 Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti ilə  Çinin Milli Neft-Qaz Korporasiyası CNPC arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Rusiya 30 il ərzində Çinə dəyəri 400 milyard dollar olan 38 milyard kubmetr qaz nəql edəcək.  

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı