Modern.az

Rauf Mirqədirovun işi ilə bağlı psixoloq və jurnalist istintaqa çağırıldı

Rauf Mirqədirovun işi ilə bağlı psixoloq və jurnalist istintaqa çağırıldı

Təhsil

22 May 2014, 01:48

Psixoloq Azad İsazadə və "Turan" İnformasiya Agentliyinin əməkdaşı Fərid Arifoğlu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Onlar mayın 22-i saat 10-da idarədə olmalıdır. Modern.az xəbər verir ki, bu barədə azadlıq.info-ya Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus məlumat verib.

Leyla Yunus bildirib ki, Azad İsazadə prokuror Sənan Paşayev, Fərid Arifoğlu isə Qasım Məmmədov tərəfindən idarəyə çağırılıb. "Bu Rauf Mirqədirov barədə başlanan cinayət işilə və deməli, həm də mənimlə bağlıdır", - deyə Leyla Yunus bildirib.

 Hüquq müdafiəçisinin  fikrincə, baş verənlər Avropa Şurasının baş katibi Tornbörn Yaqlandın səfərindən sonra və Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasserin səfəri ərəfəsində onlarla imzalanmış və həmin qurum qarşısında götürmüş öhdəliklərə üz çevirməkdir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı