Modern.az

“Bi küçük Eylül meselesi” filminin nümayişi başlayır

“Bi küçük Eylül meselesi” filminin nümayişi başlayır

Təhsil

22 May 2014, 10:08

Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” repertuarına yeni türk filmini daxil edib. Belə ki, kinoteatr may ayının 22-dən etibarən “Bi küçük Eylül meselesi”  filminin nümayişlərinə başlayır. 

Hər şeyin yolunda getdiyi bir həyata sahib olan Eylül, hadisə nəticəsində həyatının son bir ayını unudur. Ətrafındakı hər kəs, bütün yoldaşları və ailəsi ona heç bir problemin olmadığını söyləmələrinə baxmayaraq Eylül bəzi şeylərin yolunda getmədiyindən şübhələnir. Tamamilə şüursuz, yalnız instinktlərini dinləyərək Bozcaadaya gedən Eylül orada heç tanımadığı qəribə bir adamla qarşılaşır. Həmin sirli şəxs isə özündən əmin bir şəkildə Eylülün aşiq olduğu birinin olmasından xəbər verir və özünü xatırlamasının lazım olduğunu söyləyir. Film Türkiyə istehsalıdır və romantik janrda çəkilib. Filmin rejissoru Kerem Deren. Filmdə Farah Zeynep Abdullah və Engin Akyürek kimi məhşur türk aktyorlar çəkilib.  Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın  www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.

 

 

F.Əliyeva          
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı