Ukraynanın Cənub və Şərqindəki qarşıdurmalar nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu BMT baş katibinin köməkçisi İvan Şimonoviç təşkilatın Təhlükəsizlik Şurasına təqdim etdiyi aylıq hesabatda öz əksini tapıb. Sənəddə qeyd edilir ki, Ukraynada daima insanların qanunsuz saxlanılması və oğurlanması baş verir, bu ilk növbədə jurnalistlərə və seçki komissiyalarının üzvlərinə aiddir. Belə şəraitdə ölkənin şərqində seçki keçirilməsi, əlbəttə, çox çətindir”.
Modern.az