Bu gün Sankt-Peterburqda “Rus Davos”u adlandırılan beynəlxalq iqtisadi forumun açılışı olacaq. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbir Ukraynadakı vəziyyətə görə Rusiya və Qərb arasında münasibətlərin soyuması fonunda keçəcək. Belə ki, bir sıra Qərb, əsasən ABŞ şirkətləri, forumda iştirakdan imtina ediblər. ABŞ-ın və Almaniyanın bəzi şirkətləri hətta açıq şəkildə bəyan ediblər ki, siyasi səbəblərə görə Sankt-Peterburqa getməyəcəklər.
Sankt-Peterburqun qubernatoru Qeorqi Poltavçenko bildirib ki, bu gün forumda 146 dünya və 450 Rusiyanın aparıcı şirkət başçıları, 62 dövlətin 109 nümayəndəsi iştirak edəcək.
Ayşən Mönsümlü