Modern.az

“Əhməd Davudoğlu öz səlahiyyətlərindən uzaqlaşdırıla bilər”

“Əhməd Davudoğlu öz səlahiyyətlərindən uzaqlaşdırıla bilər”

Təhsil

22 May 2014, 11:26

“Bülənt Arıncın Əhməd Davudoğlunun siyasətini pisləməsi eyni zamanda Ərdoğanın mövqeyidir. Bunu görə də, Davudoğlu öz səlahiyyətlərindən uzaqlaşdırıla bilər”.
Bunu Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Ərdoğanın komandasında fikir ayrılıqları var. Həmin bu fikir ayrılıqları inkişaf etməkdədir.

“Bülənt Arınc Ərdoğan hakimiyyətində baş nazirin birinci müavini olmaqla yanaşı, Ərdoğan olmayanda səlahiyyətlərini icra edəndir. Buna görə də Bülənt Arıncın fikri baş nazirin fikri kimi təzahür etdirilir. Çünki Ərdoğan bu cür məsələlərdə fikirlərini daha çox Bülənt Arınc vasitələ ictimaiyyətə çatdırır”.

Politoloq əlavə edib ki, bu, eyni zamanda hökümətin siyasətidir. Əgər bu siyasətin uğursuzluğundan danışılarsa, bütövlükdə Ərdoğanın hakimiyyətinin siyasət xəttinin uğursuzluğundan danışılacaq.

“Ona görə də, baş nazir B.Arıncı qabağa verir. Görünür bu məsələ yaxın gələcəkdə Davudoğlunun vəzifəsindən uzaqlaşdırılmasına  gətirib çıxara bilər”.

Rafiq Qənbərov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı