Modern.az

Urumçidə qanlı terror - 31 nəfər ölüb

Urumçidə qanlı terror - 31 nəfər ölüb

Təhsil

22 May 2014, 11:35

Çinin Sintzyan-Uyğur Muxtar bölgəsinin Urumçi şəhərində törtədilən terror aktı zamanı 31nəfər ölüb, 90-dan artıq insan xəsarət alıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Urumçunun Jenmin bazarında baş verib. Naməlum şəxslər iki maşında bazara daxil olaraq əraziyə partlayıcı maddələr yerləşdiriblər. Bundan başqa maşınlardan biri də partlayıb. Çin İctimai Təhlükəsizlik Nazirliyi hadisəni “qanlı və amansız terror aksiyası” adlandırıb. Çin mətbuatının məlumatına görə, hadisənin arxasında “Şərqi Türküstanın İslam Hərəkatı” adlı təşkilat dayanır. Sintzyan-Uyğur Muxtar bölgəsində müstəqil dövlətin yaradılması üçün silahlı mübarizə aparan təşkilat bundan əvvəl də bölgədə terror aktları təşkil edirdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı