Modern.az

Səyyad Aran AŞPA rəsmisi ilə dini məsələləri müzakirə edib

Səyyad Aran AŞPA rəsmisi ilə dini məsələləri müzakirə edib

Təhsil

22 May 2014, 12:15


Bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr əvəzi Səyyad Salahlı(Aran) Avropa Şurasının Moldovadan olan üzvü, AŞPA-nın sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komissiyasının sədri, Avropa Baptistlər Federasiyasının sabiq sədri Valeriu Qiletsini qəbul edib.

DQİDK-dın Modern.az verilən məlumata görə, görüş zamanı S. Salahlı Azərbaycanda mövcud olan dini tolerantlığın yüksək səviyyəsi və dini dözümlülülyün təşviqi məqsədilə dövlət tərəfindən görülən işlər barədə qonağı məlumatlandırıb.

Qonaq bu istiqamətdə görülən işlərin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini vurğulayıb, həmçinin Azərbaycanda xristian baptist icmasının vəziyyəti ilə maralanıb. Dövlət Komitəsinin rəsmisi  bu barədə qonağa ətraflı məlumat verib.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı