“Ermənistan hər hansı ittifaqın üzvü olmağa çalışacaqsa, Qarabağ problemi həmişə ona mane olacaq”.
Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu hakim Respublika
Partiyasının Ermənistan parlamentində təmsil olunan deputatı Hamlet Artunyan deyib.O bildirib ki, Ermənistanın istər Gömrük İttifaqı, istərsə də Avropa Birliyinə üzv olmaq cəhdlərində Dağlıq Qarabağ münaqişəsi əngəlləyici amildir. “Gömrük İttifaqının üzvü Qazaxıstan da Azərbaycan vasitəsi ilə Qarabağ problemini qabardır”,-deyə erməni deputat bildirib.
H. Aratunyan Ermənistanla Dağlıq Qarabağdakı separatçı rejim arasında sərhəd buraxılış məntəqəsinin yaradılmasına dair suala isə belə cavab verib: “Belə bir addım yanlış olardı”.
Aqşin Kərimov