Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili, professor Gülçöhrə xanım Məmmədova sessiya öncəsi tələbələrlə ənənəvi görüşlərindən birini kecirib. Modern.az xəbər verir ki, tələbələrin problemləriylə maraqlanan, onları maraqlandıran coxsaylı sualları cavablandıran rektor müəyyən tapşırıqlarını verib.
Sesiya imtahanlarına da ciddi hazırlaşmağı tövsiyyə edən rektor, imtahan prosesində yarana biləcək hər hansı bir problemin münasib komissiyalarda obyektiv araşdırılacağını tələbələrin diqqətinə çatdırıb:”İmtahan prosesində yarana biləcək hər hansı bir problem münasib komissiyalarda obyektiv araşdırılacaq”.Professor G.Məmmədova eyni zamanda fakültə dekanı və kafedra müdirlərinə sesiyaya qədər tələbələrlə vaxtaşırı görüşmək, məsləhət saatlarını keçirmək barədə göstərişlər verib.
