Mayın 21-də Binəqədi rayonu ərazisindəki Bakı Elektrik Şəbəkəyə məxsus stansiyanın tikintisində fəhlə işləyən Cəlilabad rayon sakini Ülvi Həsənov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 21-də Tovuz rayonu Xatınlı kəndinin ərazisində Tovuz rayon Paylayıcı Elektrik Şəbəkəsinin işçisi, Aşağı Öysüzlü kənd sakini Qəhrəman Hüseynov da elektrik cərəyanı vurması nəticəsində ölüb.
Modern.az